Modern.az

Bakıda keçmiş məhkum bank yarmaq istədi - VİDEO

Bakıda keçmiş məhkum bank yarmaq istədi - VİDEO

19 Mart 2024, 13:08

Nəsimi rayonunda yerləşən banklardan birindən oğurluq edilməsinin qarşısı mühafizə polisi tərəfindən alınıb.

Modern.az DİN-ə istinadən xəbər verir ki, paytaxtın Nəsimi rayonunda yerləşən banklardan birindən oğurluq edilməsinin qarşısı mühafizə polisləri tərəfindən alınıb. Ötən gecə xüsusi texniki vasitələrlə qorunan obyektdən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəyə çevik reaksiya göstərilib. Bankın qapısını əlində olan dəmir alətlə qırmağa çalışan əvvəllər dəfələrlə məhkum edilmiş paytaxt sakini İbrahimov Zaur saxlanılaraq ərazi üzrə Polis Bölməsinə təhvil verilib. Araşdırmalar davam etdirilir. Saxlanılan şəxsin paytaxtın digər ərazilərində analoji cinayətlərdə əlinin olub-olmamasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdiriıir.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü