Modern.az

Naxçıvan-Sədərək yolunda ağır qəza - Yaralananlar var

Naxçıvan-Sədərək yolunda ağır qəza - Yaralananlar var

27 Mart 2024, 16:50

Naxçıvan-Sədərək magistralında yol-nəqliyyat hadisəsi baş verib.


Modern.az xəbər verir ki, hadisə Kəngərli rayonu ərazisində qeydə alınıb. Sədərək rayon sakini 1967-ci il təvəllüdlü Əhmədov İlqar Rzaqulu oğlunun idarə etdiyi 68-BF-363 dövlət nömrə nişanlı, "VAZ-2107" markalı avtomobillə Kəngərli rayonu Xok kənd sakini Adıgözəl Bağırovun idarə etdiyi 74-BA-593 dövlət nömrə nişanlı, "VAZ-2106" markalı avtomobil toqquşub. Hadisə nəticəsində, hər iki sürücü xəsarət alıb. Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü