Modern.az

Nərimanovda yanğında xəsarət alanların vəziyyəti AÇIQLANDI

Nərimanovda yanğında xəsarət alanların vəziyyəti AÇIQLANDI

Hadisə

1 Aprel 2024, 10:24

Dünən Nərimanov rayonunda Həsən Əliyev küçəsində 16 mərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində yüngül xəsarətlərlə 15 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunanların vəziyyəti açıqlanıb.

 

Kliniki Tibbi Mərkəzdən Modern.az-a bildirilib ki, yanğından xəsarət alan və Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilən 23 nəfərdən 18-nə ilkin tibbi yardım göstərilib, evə buraxılıb.

 

"Qalan 5 nəfərin müalicəsi Mərkəzin Toksikologiya şöbəsində davam etdirilir. Onların vəziyyəti ağır stabil qiymətləndirilir", - deyə mərkəzdən məlumat verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK iddia: Köçəryanla Sarkisyan tezliklə Bakıya göndəriləcək