Modern.az

BMW ilə avtoxuliqanlıq edən xanım sürücü cəzalandırıldı

BMW ilə avtoxuliqanlıq edən xanım sürücü cəzalandırıldı

Hadisə

1 Aprel 2024, 14:30

Səbail rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edən xanım sürücü saxlanılıb

 

Bakı şəhər DYP İdarəsindən Modern.az-a verilən məlumata görə, BMW markalı, 90-XZ-012 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

 

Sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə xanım sürücü 1 il sürücülük hüququndan məhrum edilməklə 750 manat məbləğində cərimə olunub.

 

Həmçinin sürücü avtomobili müvafiq etibarnamə olmadan, eləcə də mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsini idarə etdiyinə görə barəsində inzibati tədbir görülməklə avtomobil mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK iddia: Köçəryanla Sarkisyan tezliklə Bakıya göndəriləcək