Modern.az

“Neftçi” 200-cü dəfə məğlub oldu

“Neftçi” 200-cü dəfə məğlub oldu

İdman

4 Mart 2024, 11:50

“Neftçi” Azərbaycan çempionatlarında 200-cü dəfə məğlub olub.

 

Modern.az xəbər verir ki, bu, Premyer Liqasının XXV turuna təsadüf edib.

 

Bakı klubu “Qarabağ”la görüşdə 1:4 hesabı ilə uduzub. “Ağ-qaralar”ın xal qazanmadığı 200-cü matç ölkə çempionatlarındakı 914-cü qarşılaşmaya təsadüf edib.

 

“Neftçi”nin ən çox uduzduğu komanda “Qarabağ”dır. Ağdam təmsilçisi Azərbaycan derbilərində 40-cı dəfə “ağ-qaralar”ı xalsız qoyub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Təmas xətti olmuş ərazidə mina partladı: Hərbçimiz yaralandı