Modern.az

Matçın nəticəsi ədalətli oldu - Baş məşqçi

Matçın nəticəsi ədalətli oldu - Baş məşqçi

İdman

25 Mart 2024, 22:51

Bu gün gördük ki, Azərbaycan yaxşı komandadır. Kifayət qədər keyfiyyətli oyunçuları var.

 

Modern.az xəbər verir ki, bu sözləri Bolqarıstan millisinin baş məşqçisi İlian İliyev Azərbaycan yığması ilə 1:1 hesablı heç-heçə etdikləri “FIFA series – Edition 2024” layihəsi çərçivəsində keçirilən yoldaşlıq görüşündən sonra mətbuat konfransında deyib.

 

Mütəxəssis bildirib ki, Azərbaycan yığmasının qalib gəlmək üçün daha çox şansı var idi: “Həmçinin biz də əlimizə düşən qol fürsətindən istifadə etdik. Hesab 1:0 olanda qələbəyə yaxın idik. Lakin sonradan rəqib komanda hesabı bərabərləşdirməyi bacardı. Fikrimcə, ədalətli nəticə oldu”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir