Modern.az

"Qəbələ" "Zirə"yə məğlub oldu 

İdman

7 Aprel 2024, 20:33

Aprelin 7-də futbol üzrə Azərbaycan Premyer Liqasında növbəti oyun keçirilib.

 

Modern.az xəbər verir ki, “Zirə” doğma meydanda “Qəbələ”ni qəbul edib. Zirə Olimpiya İdman Kompleksinin stadionunda oynanılan görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Matçda qolları Rəhim Sadıxov, Rafael Utziq, Ceyhun Nuriyev və Fuad Bayramov vurublar.

 

Bu nəticədən sonra xallarını 45-ə çatdıran “Zirə” ikinci pilləyə yüksəlib. “Qəbələ” isə 16 xalla sonuncu - 10-cu yerdə qərarlaşıb.

 

Tura bu gün baş tutacaq “Neftçi” – “Sumqayıt” görüşü ilə yekun vurulacaq. Matç 20:00-da start götürəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok