“Azərbaycanda vergi sisteminin təkmilləşdirilməsi məqsədi ilə hazırlanan layihə yaxın zamanlarda ölkə başçısına təqdim ediləcək”.
Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisinin bu gün keçirilən iclasında Azərbaycanın 2017-ci il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib.
Deputat deyib ki, sözügedən sənəd əsasında islahatlar davam etdiriləcək:
“Vergi sistemində şəffaflığın təmin olunmasına nail olmaqla, büdcədə vergidən daxilolmaları artırmaq mümkün olacaq”.
Ağa AKİFOĞLU