“Azərbaycan manatı getdikcə möhkəmlənir və öz yerini tapmaqdadır”.
Modern.az xəbər verir ki, bunu Avropa İttifaqı-Azərbaycan biznes-forumu zamanı iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir bildirib ki, hazırda ölkədə makroiqtisadi sabitliyin təmin olunması üçün vacib addımlar atılır:
“Bunun nəticəsi olaraq Azərbaycan manatı möhkəmlənməyə davam edir. Manatın məzənnəsi stabilləşib və manat tədricən yerini tapır”.
Modern.az