Modern.az

Azərbaycan Çinə şərab ixrac edəcək

Azərbaycan Çinə şərab ixrac edəcək

İqtisadiyyat

15 Oktyabr 2017, 10:57

"Çin Azərbaycanın qeyri-neft məhsulunun ixracı üçün əsas hədəf bazarıdır". Modern.az xəbər verir ki, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda doqquz Azərbaycan şirkəti Çinə şərab ixracı barədə saziş imzalayıb: "Təsadüfi deyil ki, biz Honkonqda şərab məhsulları sərgisində iştirak etdik və artıq Çinə iki ixrac missiyası göndərmişik. Biz bu il də ənənəni davam etdirib bu HKTDC şərab məhsulları sərgisində iştirak edəcəyik. Sərgidə Azərbaycanın bir stendi təmsil olunacaq və burada 12 şirkət iştirak edəcək".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok