Modern.az

Gürcüstanda yanacaq ucuzlaşıb

Gürcüstanda yanacaq ucuzlaşıb

İqtisadiyyat

4 Aprel 2018, 22:03

Mart ayında Gürcüstanda benzinin qiymətində ucuzlaşma qeydə alınıb.

Modern.az APA-ya istinadən xəbər verir ki,  yanacağın qiyməti brend yanacaq doldurma məntəqələrində bir litr üçün orta hesabla 2-4 tetri aşağı düşüb. Hazırda regular markalı benzin 2,09-2,24 lari (0,87-0,93 dollar), premium markalı benzin 2,24-2,33 lari (0,93-0,97 dollar), super markalı benzin isə 2,37-2,49 lariyə (0,99-1,04 dollar) təklif olunur.

Yanacağın qiymətinin ucuzlaşması ötən ay milli valyuta olan larinin dollara qarşı möhkəmlənməsi ilə əlaqələndirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok