Azərbaycanda qaz hasilatının artacağı proqnozlaşdırılır. Modern.az xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) hesabatında 2019-cu ildə istehsalının 20 faiz artacağının gözlənildiyi vurğulanıb.
Bundan başqa hesabatda qeyd olunur ki, neft hasilatı ötən illə müqayisədə stabil səviyyədə qalacaq.
Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda neft hasilatı 38,8 milyon ton təşkil edib. Qaz hasilatı isə ötən il 30,42 milyard kubmetrə bərabər olub.