Modern.az

Sahibkarlıqla bağlı yeni qanundakı əsas istiqamətlər - DETALLAR

Sahibkarlıqla bağlı yeni qanundakı əsas istiqamətlər - DETALLAR

İqtisadiyyat

11 Oktyabr 2022, 16:14

Azərbaycanda mikro, kiçik va orta sahibkarlığın inkişafı sahəsində dövlət siyasətinin əsas istiqamətləri açıqlanıb.

 

Modern.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” yeni qanun layihəsində öz əksini tapıb.

 

Qanuna əsasən, Azərbaycan Respublikasında mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır:

 

1. mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmət və dəstək haqqında mikro, kiçik və orta sahibkarlıq subyektlərinin məlumatlılığının artırılması, qarşılaşdıqları çətinliklərin həlli və fəaliyyətlərinin inkişafının dəstəklənməsi üçün səlahiyyətli qurum vasitəsilə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin bilavasitə fəaliyyət göstərdiyi ərazilərdə xidmətlərin təşkili;

 

2. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirak mexanizminin təkmilləşdirilməsi;

 

3. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin sahibkarlıq və investisiya fəaliyyətini təşviq edəcək vergi siyasətinin həyata keçirilməsi;

 

4. mikro, kiçik və orta sahibkarlığa dəstək infrastrukturunun formalaşdırılması və onun daimi inkişafının təmin edilməsi;

 

5. mikro, kiçik və orta sahibkarlıq subyektlərinə xidmətlərin göstərilməsi ilə bağlı inzibati prosedurların və dövlət nəzarəti prosedurlarının, o cümlədən onlar tərəfindən lisenziya və icazələrin alınması prosedurlarının sadələşdirilməsi;

 

6. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətində innovativ texnologiyalardan, həmçinin malların (işlərin, xidmətlərin) keyfiyyətinin artırılmasını təmin edən texnologiyalardan istifadəsinə dəstək və stimullaşdırma mexanizmlərinin tətbiqi;

 

7. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin işçilərinin hazırlığı, yenidən hazırlığı və ixtisasının artırılması sahəsində dəstək göstərilməsi;

 

8. mikro, kiçik və orta sahibkarlıq subyektlərində korporativ idarəetmə, korrupsiya ilə mübarizə və keyfiyyətin idarə edilməsi standartlarının aşkarlıq və hesabatlılıq prinsipləri əsasında tətbiqi və təşviqi;

 

9. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin ticarət şəbəkələrinə çıxış imkanlarının genişləndirilməsi;

 

10. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin ekoloji təmiz iqtisadiyyatda rolunun yüksəldilməsi və ekoloji təmiz texnologiyalardan istifadəsinin təşviqi;

 

11. mikro, kiçik və orta sahibkarlara effektiv məsləhət xidmətinin formalaşdırılması;

 

12. mikro, kiçik və orta sahibkarların mütərəqqi bilik və bacarıqlara çıxış imkanlarının artırılması;

 

13. iqtisadiyyatın sahələri üzrə mikro, kiçik və orta sahibkarların biznes təşəbbüslərinin dəstəklənməsi və innovativ sahibkarlığın təşviqi;

 

14. mikro, kiçik və orta sahibkarların yeni bazarlara çıxış imkanlarının artırılması;

 

15. mikro, kiçik və orta sahibkarların maliyyə resurslarına çıxışının asanlaşdırılması, o cümlədən investorlarla birgə işin qurulmasının dəstəklənməsi;

 

16. mikro, kiçik və orta sahibkarlara dövlət-biznes xidmətlərin təşkili sahəsində imkanların yaradılması və bizneslərarası xidmətlərin təşkilində metodiki və digər dəstəyin göstərilməsi.

 

“Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsi mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində münasibətləri tənzimləyir, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dövlət dəstəyinin təşviqinin forma və metodlarını müəyyən edir. Qanun layihəsi 5 fəsil və 15 maddədən ibarətdir. Qanun layihəsi mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin şərtlərini, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstəyin formaları, göstərilməsi qaydası və qiymətləndirilməsi, mikro, kiçik və orta sahibkarlıq  subyektlərinə dəstəyin növlərini və bu qanunun pozulmasına görə məsuliyyəti müəyyən edir.

 

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq, birinci oxunuşda qəbul edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi