Modern.az

ADY azot gübrələrinin daşımasını 40%-dən çox artırıb

ADY azot gübrələrinin daşımasını 40%-dən çox artırıb

İqtisadiyyat

23 Mart 2024, 13:36

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2024-cü ilin yanvar və fevral aylarında tranzit, ixrac və idxal rejimləri üzrə 2,43 milyon ton yük daşıyıb.

 

ADY-dan Modern.az-a verilən məlumata görə, daşınan yüklər arasında mazut və azot gübrələrinin həcmində ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 22% və 42% artım qeydə alınıb.

 

Ümumi yükün 7,4%-ni təşkil edən qələvi metallar və metalloidlərin (kükürd, fosfor-natrium) həcmi isə 2023-cü ilin ilk iki ayına nisbətən 2 dəfə çox olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…