“Krokus Group” şirkətinin Moskvada keçirdiyi “Kainat gözəli-2013” yarışması başa çatıb. “RİA-Novosti”nin məlumatına görə, “Krokus Siti Holl” sarayında təşkil olunan gğzəllik müsabiqəsində Venesueladan olan Qabriela İsler Kainat Gözəli-2013” tituluna layiq görülüb. Qalibə 120 min dollar dəyəri olan tac təqdim olunub.