Modern.az

Mərkəzi Bankdan müflis olması xəbəri çıxmış “Bank of Azərbaycan” haqda AÇIQLAMA

Mərkəzi Bankdan müflis olması xəbəri çıxmış “Bank of Azərbaycan” haqda AÇIQLAMA

İqtisadiyyat

7 May 2014, 11:05

“Bank of Azərbaycan” muflis olmayıb. Ən azı belə bir xəbər olsaydı biz məlumat yayardıq”. Bu barədə Modern.az-a Mərkəzi Bankın mətbuat xidmətindən məlumat verilib.

“Bank of Azərbaycan”nın rəsmiləri, o cümlədən mətbuat xidməti isə məsələyə operativ münasibət bildirməkdən vaz keçib.
“Nahardan sonra əlaqə saxlamalarımızı xahiş edirik”, – Modern.az-a belə deyilib.

Qeyd edək ki, dünən "Azerfax.az" saytı “Bank of Azərbaycanın”ın müflis olunması barədə xəbərlər yayıb.  Adı çəkilən bankın nəqliyyat naziri Ziya Məmmədova yaxın olduğu vurğulanır.

  Rafiq Qənbərov
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok