ATV-də yayımlanan “Maşın” realiti-şousunun ikinci günündə iştirakçılar yenə də səsverməyə müğənni Roza Zərgərlini çıxarıblar.
Modern.az xəbər verir ki, Roza Zərgərli 54,14 faiz səs toplayaraq, aparıcı Günel Hümbətovanı oyundan kənarlaşdırıb.
Hazırda şouda mübarizəni aparıcılar Mətanət Əliverdiyeva, Azər Axşam, Fira Cəlilova, İlhamə Bədəlova, aktyor-müğənni Cavid Novruz, blogger Hüseyn Əzizoğlu, əməkdar artistlər Abbas Bağırov, Rühəngiz Musəvi, müğənnilər Roza Zərgərli, Əli Mirəliyev, Rahidə Baxışova, reperlər Qurd, Uran, aktrisa Pərvin Abıyeva davam etdirir.