Modern.az

\"Qarabağ\"ın qrupdakı rəqibləri bəlli oldu - SİYAHI

\

27 Avqust 2021, 16:07

Konfrans Liqasında qrup mərhələsinin püşkü atılıb.

 

Modern.az xəbər verir ki, püşkatmada “Qarabağ”ın avrokuboklardakı növbəti qəribləri bəlli olub. Təmsilçimiz H qrupunda mübarizə aparacaq.

 

Qurban Qurbanovun yetirmələri “Bazel” (İsveçrə), “Kayrat” (Qazaxıstan) və “Omoniya” (Kipr) ilə görüşəcək.

 

Qeyd edək ki, ilk dəfə təşkil olunan turnirdə mübarizə aparan 32 komanda 8 qrupa bölünüb. Avropanın 3-cü dərəcəli klub turnirində qrup mərhələsi sentyabrın 16-da başlayacaq.

 

A qrupu
LASK (Avstriya)
“Makkabi” (Təl-Əviv, İsrail)
“Alaşkert” (Ermənistan)
HİK (Finlandiya)

 

B qrupu
“Gent” (Belçika)
“Partizan” (Serbiya)
“Flora” (Estoniya)
“Anortosis” (Kipr)

 

C qrupu
“Roma” (İtaliya)
“Zarya” (Ukrayna)
MOİK (Bolqarıstan)
“Bodo Qlimt” (Norveç)

 

D qrupu
“Alkmaar” (Niderland)
ÇFR (Rumıniya)
“Yablonets” (Çexiya)
“Randers” (Danimarka)

 

E qrupu
“Slaviya” (Çexiya)
“Feyenord” (Niderland)
“Union” (Almaniya)
“Makkabi” (Hayfa, İsrail)

 

F qrupu
“Kopenhagen” (Danimarka)
PAOK (Yunanıstan)
“Slovan” (Slovakiya)
“Linkoln” (Cəbəllütariq)

 

G qrupu
“Tottenhem” (İngiltərə)
“Renn” (Fransa)
“Vitess” (Niderland)
“Mura” (Sloveniya)

 

H qrupu
“Bazel” (İsveçrə)
“Qarabağ” (Azərbaycan)
“Kayrat” (Qazaxıstan)
“Omoniya” (Kipr)

 
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var