Modern.az

Musiqi məktəblərinə işə qəbulla bağlı imtahanlar KEÇİRİLƏCƏK

Musiqi məktəblərinə işə qəbulla bağlı imtahanlar KEÇİRİLƏCƏK

Mədəni̇yyət

28 Dekabr 2021, 13:40

"Gələn ildən musiqi məktəblərinə işə qəbul imtahanının keçirilməsinə başlanılacaq".

 

Modern.az xəbər verir ki, bu sözləri mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat Konfransında deyib.

 

Onun sözlərinə görə, hazırda 220-yə yaxın musiqi məktəbi var:

 

"İmtahanların gecikməsinin bir sıra səbəbləri var Təəssüf ki, musiqi məktəblərində işə qəbulla bağlı nöqsanlar aşkarlanıb. İmtahanların keçirilməsi üçün metodologiya hazırlanmalıdır. İstəyirik ki, bu prosesə Dövlət İmtahan Mərkəzini cəlb edək və Mədəniyyət Nazirliyi kənar dursun. Həmçinin müəllimlərin diaqnoatikasının aparılmasını istəyirik ki, bununla da orda olan nöqsanları müəyyən edək".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İbrahim Rəisinin öl*mündə sirli məqamlar