Modern.az

Nazəninin nikah kağızı ortaya çıxdı - EKSKLÜZİV+FOTO

Nazəninin nikah kağızı ortaya çıxdı - EKSKLÜZİV+FOTO

Mədəni̇yyət

17 May 2013, 16:07


Media Azərbaycandakı bir çox xanım sənətçinin, o cümlədən bəzi müğənnilərin qeyri-rəsmi nikahda yaşadığı barədə məlumatlar dərc edib. Bu sırada bir neçə dəfə populyar müğənni Nazəninin də adı çəkilib.

Modern.az saytının əməkdaşı müğənnilərlə bağlı bu məsələyə dair araşdırma apararkən Nazənin xanım haqqında yayılan məlumatı təkzib edən sənədlə tanış olub. Məlum olub ki, sənətçi 2012-ci ildən rəsmi nikahdadır. Saytımız müğənninin nikah şəhadətnaməsinin fotosunu sizə təqdim edir.

Qeyd edək ki, müğənninin həyat yoldaşının rəsmi qurumda işlədiyini nəzərə alaraq, onun ad-soyadının gizli qalması məsləhət bildik. Xatırladaq ki, Nazənin xanımın bu evlilikdən ötən il bir övladı dünyaya gəlib.


İntiqam Valehoğlu
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok