Modern.az

Vin Dizel "Forsaj 5"in çəkilişləri zamanı köməkçisinə cinsi zorakılıq edib?

Vin Dizel

Mədəni̇yyət

22 Dekabr 2023, 14:26

Tanınmış aktyor Vin Dizelin keçmiş köməkçisi Asta Conasson 2010-cu ildə "Forsaj 5" filmin çəkilişləri zamanı onu seksual zorakılıqda ittiham edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Vanity Fair" məlumat yayıb.

 

Kino məktəbini yeni bitirmiş Conasson iddia edir ki, bir axşam Atlantadakı "St. Regis" hotelində çəkiliş apararkən aktyor ondan otağında gözləməsini istəyib. Sonra isə Dizel onun razılaşmamaq cəhdlərinə məhəl qoymadan qızı biləklərindən tutaraq çarpayıya sürükləyib.

 

Qız deyir ki, Dizel onu öpməyə, paltarını qaldırmağa və əllərini bədənində gəzdirməyə başlayıb. Conassonun sözlərinə görə, o qışqırmağa başlayıb və vanna otağına qaçıb. Aktyor isə onu divara sıxaraq masturbasiya etməyə başlayıb.

 

Dizelin köməkçisi əlavə edib ki, hadisədən bir neçə saat sonra aktyorun bacısı, "One Race Films" prodüser şirkətinin rəhbəri Samanta Vinsent Conassonla əlaqə saxlayıb və ona işdən qovulduğunu bildirib.

 

Aktyorun vəkili Brayan Fridman CNN-ə bildirib ki, Vin Dizel cinsi təcavüz ittihamını qəti şəkildə rədd edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir