Modern.az

Laçın şəhərində xalçaçılıq mərkəzi açıldı - FOTO

Laçın şəhərində xalçaçılıq mərkəzi açıldı - FOTO

28 Dekabr 2023, 12:16

Laçın şəhərində “İslimi” Xalçaçılıq mərkəzi açılıb.

 

Modern.az xəbər verir ki, bu mərkəz Laçının hələ qədimdən məhşur xalçalarının olduğu nəzərə alınaraq yaradılıb. Burada Laçın çeşnilərini özündə əks erdirən xalçaların ərsəyə gətirilməsi ilə yanaşı, həm də sakinlərin məşğulluğu təmin olunacaq.

 

Açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov, “Bakı Abadlıq Xidməti” MMC-nin, “Laçın Abadlıq Xidməti” ASC-nin və digər qurumların əməkdaşları iştirak ediblər.

 

Mərasim iştirakçıları mərkəzdə yaradılan şəraitlə tanışlıq olublar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir