Modern.az

"Azərbaycan kinosu reanimasiyadır"

Mədəni̇yyət

5 Mart 2024, 14:20

Xalq artisti Şəfiqə Məmmədovanın namizədliyini geri götürməsi gözlənilməz oldu.

Modern.az xəbər verir ki, bunu yeni yaradılan Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayev deyib.

O, kinonun hazırkı vəziyyətindən danışıb və Azərbaycan kinosunun reanimasiyada olduğunu bildirib:

"Əmin olmaq istəyirəm ki, kinomuz inkişaf edir. Kino ilə birliyimizi yaşatmalıyıq. Buna mən inanıram. Hamımız inanmalıyıq. Azərbaycan kinosu tənəzzül edə bilər, olsun, amma əminəm ki, biz Azərbaycan kinosunu yenidən relsinə salacağıq.

Ömrümüzü kinoya qurban vermişik. Hər bir insanın arxasında duracağıq. Hamıya yiyə duracağıq. Kino çəkmək səlahiyyətimiz yoxdur. Buna baxmayaraq, iki il ərzində sənədli film çəkmişik. Daxilən inanıram ki, kinomuz diriləcək”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?