Modern.az

Azərbaycan filmi Beynəlxalq Festivalda qızıl priz alıb

Azərbaycan filmi Beynəlxalq Festivalda qızıl priz alıb

Mədəni̇yyət

27 Mart 2024, 18:12

Azərbaycanda istehsal olunan “Xatirə və Xəta” bədii filmi Hindistanda keçirilən “Northeast India International Film Festival”ında “Ən yaxşı bədi film” prizinə layiq görülüb.

Bu barədə Modern.az-a filmin ssenari müəllifi və quruluşçu rejissoru Cəlaləddin Qasımov məlumat verib.

“Bu ekran əsəri digər ölkələrin filmləri ilə mübarizə apararaq ölkəmizi təmsil edib və “Ən yaxşı bədi film” prizinə layiq görülüb. Ekran əsəri koronavirusa qarşı mübarizədə həkimlərlə birlikdə öz həyatını təhlükəyə atan polislərin və müxbirlərin cəsarətinin geniş kütləyə çatdırılması məqsəd ilə çəkilib. Filmin çəkilişlərini heç bir maddi dəstək olmadan öz hesabımıza aparmışıq. Müxtəlif festivallara qatılmışıq və beynəlxalq tədbirlərdə 195-dan çox mükafat qazanmışıq”, - deyə o bildirib.
 

C.Qasımovun sözlərinə görə, film kommersiya məqsədi daşımır.

“Azərbaycanı dünyada tanıtmaq üçün filmlər çəkirik və istəyimizə də nail oluruq. Dünya film studiyalarının distribütorları tərəfindən çəkdiyimiz filmlər 17 platformaya yerləşdirilib. Ekran işimiz “Hollywood film” bazarında özünə layiqli yer tutub. Dünya mediasında geniş işıqlandırılıb. Düşünürəm ki, hər bir yaradıcı insan ölkəsinin təbliği işinə töhfə verməlidir”, - deyə o, əlavə edib.

 
Qeyd edək ki, filimin rejissoru Amil İskəndərov, rolları Xalq Artisti Sabir Məmmədov, Əməkdar artistlər Rövşən Kərimduxt, Flora Hüseynova, Mehriban Xanlarova, aktyorlar Əjdər Zeynalov və Rövşən Məmmədov ifa ediblər. Ekran əsərinin redaktoru Əkbər Qoşalı, montaj Elnur Tarverdiyevə məxsusdur.
 

“ICA Film Festivalının direktoru, yazıçı, rejissor, prof. Dr. Mohan Das direktoru olduğu “Lake City İnternational” Beynəlxalq Film Festivalıında “Ən yaxşı film” kateqoriyasının qalibi olan “Şollerin arxivi” filmini izləyəndən sonra mənimlə əlaqə saxlayaraq, yeni istesal etdiyim filmləri idarə etdiyi festivallarda nümayiş olunacağını söylədi və  direktoru oldugu “ICA Film Beynəlxalq Film Festivalıında  MÜNSİFLƏR HEYƏTİ-nin üzvü olmağımı təklif etdi. Aprel ayında o, Azərbaycana gələcək və mənimlə müqavilə bağlayaraq, beynəlxalq festivallarda bu il və keçən illərdən qalan qalib olduğum prizləri təqdim edəcək”, - C.Qasımov əlavə edib

Yazıçı, rejissor, prof. Dr. Mohan Das Hindistanda bir neçə Beynəlxalq Festivalın Münsiflər Heyətinin üzvü və direktorudur. Onun dünyanın müxtəlif film festivalları keçirilən bir çox ölkələrlə əlaqələri var, onlarla sıx əməkdaşlıq edərək, Hindistan kinosu, incəsənəti və mədəniyyətini qlobal platformada tanıdır.
 

ICA Film Festivalının səhifəsində MÜNSİFLƏR HEYƏTİnin üzvüləri

//icafilmfestival.com/juries/?fbclid=IwAR34YWf1S_s4EgopT6A60SI8gBGrN6QjxKVa3smQJCIHlt2UEBJhFdVc8EI  
 

“Xatirə və Xəta” filminin treyleri:
//www.youtube.com/watch?v=8woLCQVb8hw

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir