Media Hüququ İnstitutu (MHİ) “Femida 007” qəzetinin baş redaktoru, hüquq mühafizə sistemindəki nöqsanlar haqqında tənqidi yazıları ilə seçilən Əyyub Kərimovun həbsə atıla biləcəyindən dərin narahatlıq keçirir. Modern.az xəbər verir ki, qurumun yaydığı məlumata görə, jurnalistə yazılarına görə ağır cinayət cəzası istənilməsi ifadə azadlığına ağır basqıdır.
Qeyd edək ki, Əyyub Kərimovu Azərbaycanın daxili işlər naziri Ramil Usubov xüsusi ittiham qaydasında məhkəməyə verib. Jurnalistə qarşı şikayəti Yasamal rayon Məhkəməsi artıq icraata qəbul edib. Nazirin ittihamları təsdiqlənərsə, baş redaktora 3 il müddətinə azadlıqdan məhruetmə cəzası verilə bilər.