Modern.az

Jurnalistlər “Şirməmməd Hüseynov mükafatı” təsis etdi

Jurnalistlər “Şirməmməd Hüseynov mükafatı” təsis etdi

Media

21 İyul 2019, 18:45

Parlament Jurnalistlər Birliyinin (PJB) üzvləri Milli Mətbuatımızın yaradılmasının 144-cü ildönümü ilə bağlı toplantı keçiriblər.

 

Modern.az xəbər verir ki, toplantıda jurnalistika sahəsində baş verən yeniliklər, xüsusilə yeni medianın üstünlükləri ilə yanaşı mənfilikləri müzakirə olunub.

 

Müzakirələrdə jurnalistlər Şirməmməd Hüseynovun vəfatını mətbuat tariximizin ən böyük itkilərindən biri kimi dəyərləndirib.

 

PJB üzvləri “Şirməmməd Hüseynov mükafatı” təsis etməyi qərar veriblər.

 

Mükafatın Əsasnaməsi yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok