Modern.az

Dadaşovdan Xəzər TV-nin rəhbəri kimi ilk açıqlama - VİDEO

Dadaşovdan Xəzər TV-nin rəhbəri kimi ilk açıqlama - VİDEO

6 Mart 2020, 10:17

“Hamımız başa düşürük ki, medianın inkişafında, qurulmasında, auditoriya qazanmaqda sərhəd yoxdur”. 

 

Modern.az xəbər verir ki, bu sözləri Xəzər Media Mərkəzinə yeni direktor təyin olunan Xalq artisti Murad Dadaşov deyib.

 

O, dünən kanalın kollektivi ilə görüşü zamanı tövsiyələrini verib, kanalın daha da uğur qazanması üçün çalışacağını söyləyib: “Bildirmək istəyirəm ki, burada əyləşən tanınmış simalar, kadrarxasında əyləşən insanlar var. Kifayət qədər uğur qazanıblar. Bu gün Xəzər TV-nin öz auditoriyası var”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok