Modern.az

Elnur Hidayətoğlu TƏBİB-də Zamirə Ədilovanı əvəzləyəcək? - AÇIQLAMA

Elnur Hidayətoğlu TƏBİB-də Zamirə Ədilovanı əvəzləyəcək? - AÇIQLAMA

Media

14 Dekabr 2023, 09:26

Xəbər verdiyimiz kimi, tanınmış jurnalist Elnur Hidayətoğlu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin olunub.


E.Hidayətoğlunun yeni vəzifəsi jurnalistlərdə çaşqınlığa səbəb olub, bəzi KİV-lər onu TƏBİB-in mətbuat katibi kimi təqdim edib, bəziləri isə Zamirə Ədilovanın vəzifəsinə təyin olunduğunu yazıb.

Modern.az xəbər verir ki, TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova məsələyə aydınlıq gətirib.


“TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamenti bu qurumun strukturuna uyğun yaradılan bölmədir.

Departamentin fəaliyyət istiqamətlərinə TƏBİB-in və tabeli tibb müəssisələrinin media və ictimaiyyətlə əlaqələr, marketinq, tədbirlər, daxili kommunikasiya sahələrində işlərin təşkili, tənzimlənməsi və təkmilləşdirilməsini təmin etmək daxildir.

İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin tərkibində 2 şöbə - İctimaiyyətlə əlaqələr və Daxili kommunikasiya şöbəsi fəaliyyət göstərir”, - Z.Ədilova deyib.

Z.Ədilovanın sözlərinə görə, Elnur Hidayətoğlu TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin şöbələrindən birinə müdir gətirilib.


A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir