Modern.az

İranda APA-ya giriş məhdudlaşdırıldı

İranda APA-ya giriş məhdudlaşdırıldı

Media

26 Dekabr 2023, 14:30

İran İslam Respublikası ərazisində Azəri-Press Agentliyinin (APA) web səhifəsinə giriş məhdudlaşdırılıb.

 

Modern.az xəbər verir ki, məlumatı agentliyin özü yayıb.

 

Maraqlıdır ki, İran dövlət qurumları tərəfindən bu addım APA-nın fars dili redaksiyası yaranandan sonra atılıb.

 

 

“APA Media Qrup” şirkətinə daxil olan APA Agentliyinin saytına girişin məhdudlaşdırılmasına etirazını ifadə edib.

 

Şirkət bununla bağlı İranın Azərbaycandakı səfirliyinə və İran İslam Respublikasının İnformasiya, Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinə müraciət edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir