Modern.az

Yeni baş redaktordan ilk açıqlama: “Karvan biz, yol uzun...”

Yeni baş redaktordan ilk açıqlama: “Karvan biz, yol uzun...”

Media

27 Dekabr 2023, 15:48

“Ulu öndər Heydər Əliyev demişdir: “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm”. Bu baxımdan “Şərq qapısı” kimi qəzetin baş redaktor vəzifəsinə təyin olunmağım mənim üçün ikiqat şərəf və qürurdur”.

Modern.az-ın məlumatına görə, bunu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin rəsmi orqanı olan “Şərq qapısı” qəzetinin yeni baş redaktoru Sara Əzimova bildirib.

“Diqqətinizə çatdırım ki, ilk əmək fəaliyyətimə 18 yaşımdan bu qəzetdə başlamışam. 2005-2016-cı illərdə qəzetdə müxbir, şöbə müdiri və məsul katib vəzifələrində çalışmışam. Ona görə də bu gün bir əsrdən artıq yaşı olan “Şərq qapısı” mənim üçün əziz və doğmadır. Fəaliyyətimdə hiss etdim ki, qəzetçi əməyi çox çətin və şərəfli əməkdir. Heç kimin hiss edə bilmədiyi və bəlkə də çox az adamın qiymətləndirdiyi peşədir. “Qəzet bu gün oxunmur” fikri tez-tez səslənsə də, qəzet salnamədir, bu günü gələcəyə çatdıracaq ən etibarlı vasitə, canlı tarixdir. Bu gün saytlardan fotolar, xəbərlərin silinməsi ehtimalı var,am ma qəzet kimi nəşr nümunələrinin ömrü uzun və hətta əbədidir.

Kollektivimizlə birlikdə hədəflərimiz böyükdür. Gələcəkdə “Şərq qapısı” olaraq “Media qrupu” adı ilə qəzetimizdə gedən informasiyaları, yazıları sayt, sosial şəbəkə hesablarımızdan böyük kütləyə çatdırmağı qarşımıza məqsəd qoymuşuq.

Karvan biz, yol uzun...”, - deyə baş redaktor əlavə edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir