Modern.az

Qəzzada daha iki jurnalist həlak olub

Qəzzada daha iki jurnalist həlak olub

Media

10 Yanvar 2024, 15:21

İsrail-Fələstin müharibəsini işıqlandıran daha iki jurnalist Qəzzada həlak olub.

Modern.az xəbər verir ki, "Amerikanın səsi" radiostansiyasının məlumatına görə, Birləşmiş Millətlər Təşkilatı görünməmiş sayda jurnalistin ölümündən narahatlığını ifadə edib.

BMT ötən ilin oktyabr ayından bəri təxminən 80 media işçisinin öldürüldüyü barədə xəbərdarlıq edib.

Əl-Cəzirə telekanalının Qəzza bürosunun rəhbəri Vael əl-Dahdou oğlu Həmzə ilə vidalaşıb. Media müxbiri Həmzə əl-Dahdou bazar günü Rəfah yaxınlığında öldürülən iki jurnalistdən biridir.

Vael əl-Dahdou böyük oğlu və France-Press agentliyinin müxbiri Həmzə əl-Dahdou bazar günü işdən qayıdarkən İsrailin hava raketi onların avtomobilinə düşüb.


Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, 7 oktyabr 2023-cü ildən 8 yanvar 2024-cü ilə qədər 72-si fələstinli, 4-ü israilli, 3-ü livanlı jurnalist olmaqla cəmi 79 jurnalist həlak olub.

BMT müharibə aparan tərəfləri jurnalistləri hədəf almamağa çağırıb. Bu barədə BMT-nin sözçüsü Florensiya Soto Nino bildirib: “Jurnalistlər həqiqəti dünyada hər kəsə çatdırmaq üçün həyatlarını riskə atırlar və bu şəraitdə bu, getdikcə çətinləşir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü