Modern.az

Ödənişli seçkiqabağı təşviqata qoşulacaq media orqanları - Siyahıda Modern.az da var

Ödənişli seçkiqabağı təşviqata qoşulacaq media orqanları - Siyahıda Modern.az da var

Media

14 Yanvar 2024, 23:00

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində ödənişli seçkiqabağı təşviqata qoşulacaq media orqanları məlum olub.

 

Modern.az xəbər verir ki, prezident seçkilərində ödənişli seçkiqabağı təşviqata qoşulmaq üçün ümumilikdə 44 media orqanı müraciət edib.


Namizədlərə ödənişsiz efir vaxtının ayrılacağı İctimai Televiziya həm də ödənişli təşviqat təklif edir. Ödənişli seçkiqabağı təşviqata qoşulmaq üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edən media orqanlarının siyahısı artıq MSK-nın saytında yerləşdirilib.

 

Ödənişli seçkiqabağı təşviqata qoşulacaq media orqanları sırasında Modern.az saytı və "MediaTürk" kanalı da var. Siyahı ilə bu linkə keçid edərək tanış ola bilərsiniz.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü