Modern.az

Jurnalistlər binasında hadisə: “Ölümdən döndük!”

Jurnalistlər binasında hadisə: “Ölümdən döndük!”

Media

5 Mart 2024, 11:01

Bakının Bibiheybət qəsəbəsində yerləşən Jurnalistlər binasında qorxulu anlar yaşanıb.

Modern.az xəbər verir ki, 2-ci binanın liftində baş vermis qəza ilə əlaqədar jurnalist Elnur Məmmədli sosial şəbəkədə paylaşım edib. 

Onun yazdığına görə, ötən gün övladları ilə birlikdə ölümdən dönüblər.

"Dünən axşam uşaqlarla ölümdən döndük. 2-ci Jurnalistlər binasında A blokunun lifti 10-cu mərtəbəyə çatanda titrəməyə başladı və qəflətən sürətlə 9-cu mərtəbəyə endi. Bir anlıq gözümün qarşısına lift faciələri haqda yazdığım, oxuduğum xəbərlər gəldi. Yaxşı ki dayandı. Uşaqların çığırtısı hələ də qulaqlarımdadır. Problem təcili həll edilməsə, o liftdə yaxın günlərdə hadisə baş verəcəyini gözləyirəm. Aidiyyatı qurumların tədbir görməsinə ehtiyac var". 
 

Hadisə ilə bağlı bu gün binanın komendantına məlumat verilib. Komendant isə lift idarəsi ilə danışıb. Qəzalı liftə bu gün gəlib baxacaqlarını söz veriblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok