Modern.az

İran Agentliyi Bakıdakı səfiri istefa verməyə ÇAĞIRIB

İran Agentliyi Bakıdakı səfiri istefa verməyə ÇAĞIRIB

Media

29 Mart 2024, 17:01

İranın dövlət xəbər agentliyi “Tasnim” ölkənin Azərbaycandakı səfiri Abbas Musəvini Baku TV-yə verdiyi müsahibədən sonra istefaya çağırıb.

Modern.az xəbər verir ki, agentlik bu çağırışı edərkən, jurnalistin diplomatik nümayəndəlikdə “uyğun olmayan geyim”lə göründüyünü əsas gətirib.

“Tasnim” xanım jurnalistin hicabsız geyimini “İran İslam Respublikasının rəsmi mövqeyinə təhqir” adlandırıb və səfir Abbas Musəvini istefa verməyə çağırıb.

Xatırladaq ki, İranın Azərbaycandakı səfiri Abbas Musəvidən müsahibəni Baku TV-nin əməkdakı Sevinc Gülməmmədova alıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü