Modern.az

Zakir Həsənov Sergey Şoyqu ilə nədən danışdı...

Zakir Həsənov Sergey Şoyqu ilə nədən danışdı...

Aktual

15 İyun 2016, 15:55

İyunun 15-də Rusiya Federasiyasının Moskva şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclası keçirilib.

Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov iclasda iştirak edib.

İclasda MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektləri müzakirə olunub.
İclas çərçivəsində general-polkovnik Zakir Həsənovun rusiyalı həmkarı, ordu generalı Sergey Şoyqu ilə ikitərəfli görüşü də olub.

Görüşdə beynəlxalq və regional təhlükəsizliyin aktual məsələləri, həmçinin Azərbaycan ilə Rusiya arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və vəziyyəti barədə fikir mübadiləsi aparılıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok