Modern.az

“Zaman” qəzetinin 47 əməkdaşı həbs olundu

“Zaman” qəzetinin 47 əməkdaşı həbs olundu

Aktual

27 İyul 2016, 10:34

 

Türkiyədəki “Zaman” qəzetinin 47 əməkdaşı həbs olunub. Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Həbs edilən qəzet əməkdaşlarının Fətullahçılarla əlaqədə olduğu ehtimal olunur.

 

“Zaman” qəzetinin əməkdaşlarının həbsi ilə bağlı bu gün səhər xüsusi əməliyyat başlanıb.

Həbs qərarı 2016-cı il martın 3-dək qəzetdə çalışmış işçilərə şamil edilir. 

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir