Modern.az

Misir Mərdanov təhsildəki korrupsiya və rüşvətdən danışacaq

Misir Mərdanov təhsildəki korrupsiya və rüşvətdən danışacaq

Ölkə

8 Fevral 2011, 13:23

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında hüquq mühafizə orqanlarının fəaliyyətində lüzumsuz yoxlamalara birdəfəlik son qoyulması, rüşvətxorluğa və korrupsiyaya qarşı daha da ciddi mübarizə aparılması, ictimai nəzarətin gücləndirilməsi barədə verdiyi tapşırıqlara uyğun olaraq yanvarın 27-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş yığıncağı keçirildi.
Həmin iclasda dövlət qurumlarının rəhbərlərinə prezidentin tapşırığının icrası ilə əlaqədar bütün sahələrində mənfi hallarla daha kəskin və sistemli mübarizə aparılması barədə göstərişlər verildi.

Bunun ardınca isə ayrı-ayrı nazirliklər, komitələr və digər dövlər qurumlarında müvafiq addımlar atıldı, korrupsiya və rüşvətxorluğa yol verən əməkdaşlar cəzalandırıldı, eyni zamanda bu barədə ictimaiyyətə məlumatlar verildi.

Təhsil Nazirliyində korrupsiya və rüşvətxorluqla mübarizəyə həsr olunmuş kollegiya iclası keçiriləcək.

Bu barədə jurnalistlərə məlumat verən təhsil naziri Misir Mərdanov bildirib ki, ötən il də görülən işlərin nəticələri barədə məlumat veriləcək.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək