Modern.az

Səfurə Əlizadəyə YAP-ın vəsiqəsi verildi (Foto)

Səfurə Əlizadəyə YAP-ın vəsiqəsi verildi (Foto)

Təhsil

10 Fevral 2011, 14:38


Fevralın 10-da “Eurovision-2010” mahnı müsabiqəsində Azərbaycanı təmsil etmiş ifaçı Səfurə Əlizadəyə YAP-ın üzvlük vəsiqəsi təqdim edilib.  
Modern.az-ın məlumatına görə, Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirilən tədbirdə partiyanın icra katibi Əli Əhmədov deyib ki, S.Əlizadənin quruma üzv olmaq üçün ərizəsi müsbət cavablandırılıb və o, partiya sıralarına qəbul olunub.

Mərasimdə Ə.Əhmədov S.Əlizadəyə YAP-ın üzvlük vəsiqəsini təqdim edib. İfaçıya həm də  Heydər Əliyev haqqında multimedia diski verilib.
S.Əlizadənin özü isə bildirib ki, YAP-a üzv qəbul olunduğuna görə partiya rəhbərliyinə təşəkkür edir.

Mail Ağaxanov

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok