Modern.az

Tehran hava limanında iki təyyarə toqquşub

Tehran hava limanında iki təyyarə toqquşub

Aktual

27 Sentyabr 2016, 12:44

Bu gün səhər Tehrandakı İmam Homeyni adına beynəlxalq hava limanında iki təyyarə toqquşub.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, ilkin məlumata görə, bu, təyyarələrin uçuş-enmə zolağında hərəkəti zamanı olub.

 

Hadisə zamanı xəsarət alanlarla bağlı informasiya verilmir. Toqquşan təyyarələrə gəldikdə, bunlar İran Air hava şirkətinin Airbus A310 və digər İran daşıyıcısı Mahan Air-in hava gəmiləridir.

 

Toqquşma zamanı təyyarələrdən biri ciddi zədələndiyindən havaya qalxa bilməyəcək. Digər təyyarənin isə korpusunun arxa hissəsi zədələnib.

 

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok