Modern.az

Ermənistanda 3 nazirliyin adı dəyişdirildi, 1-i ləğv olundu

Ermənistanda 3 nazirliyin adı dəyişdirildi, 1-i ləğv olundu

Aktual

27 Sentyabr 2016, 14:13

Ermənistan parlamenti bu gün Nazirlər Kabinetində struktur islahatlarının aparılması ilə bağlı qanunu 1-ci oxunuşda qəbul edib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, “Ermənistan Hökumətinin Strukturu Haqqında”  qanunun dəyişdirilməsinin lehinə 77 deputat , əleyhinə 2 deputat səs verib. Yalnız 9 deputat səsvermədə iştirak etməyib.

 

Qanunla, Ermənistan İqtisadiyyat Nazirliyinin adı İqtisadi İnkişaf və İnvestisiya, Nəqliyyat və Rabitə Nazirliyinin adı Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə, Energetika və Təbii Sərvətlər Nazirliyinin adı isə Energetik İnfrastruktur və Təbii Sərvətlər Nazirliyinə çevrilib. Şəhərsalma Nazirliyi isə ləğv olunaraq Memarlıq və Mədəniyyət Abidələrinin Qorunması Komitəsi olub.

 

Vüqar İSMAYILOV  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok