Modern.az

İki marşrutun hərəkəti məhdudlaşdırıldı

İki marşrutun hərəkəti məhdudlaşdırıldı

Aktual

24 Oktyabr 2016, 10:45

29 və 53 nömrəli marşrut xətlərinin hərəkət istiqamətində dəyişiklik edilib. Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumata görə, artıq 29 saylı avtobuslar "Memar Əcəmi" metro stansiyası və III mikrorayon dairəsi yaxınlığındakı dayanacaqlardan keçməyəcək.

53 saylı avtobuslar isə Dövlət Bayrağı Meydanından "Elmlər Akademiyası" metro stansiyasınadək hərəkət edəcək.

Bu marşrut üzrə avtobusların əvvəllər olduğu kimi Şərifzadə küçəsindən keçməklə, Alatava yaşayış sahəsinə gediş-gəlişi BNA tərəfindən qadağan edilib.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir