Modern.az

“Klinton seçilsə, 3-cü dünya müharibəsi olacaq”

“Klinton seçilsə, 3-cü dünya müharibəsi olacaq”

26 Oktyabr 2016, 15:00

ABŞ prezidentliyinə namizəd Donald Tramp rəqibi Hillari Klinton və Suriya siyasəti haqqında danışıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, D.Tramp ölkəsinin əsas diqqəti Suriyada İŞİD məsələsinə yönəltməli olduğunu bildirib.

 

O, qeyd edib ki, siz artıq sadəcə Suriya ilə savaşmırsınız. Suriya, İran və Rusiya ilə də savaşırsınız.

 

Respublikaçı namizəd həmçinin iddia edir ki, Hillari Klinton seçilsə, Suriya məsələsi Üçüncü Dünya müharibəsi ilə nəticələnəcək.

 

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok