Modern.az

Azərbaycanlı deputat erməni yazıçısının kitabının təqdimatına qatılacaq

Azərbaycanlı deputat erməni yazıçısının kitabının təqdimatına qatılacaq

Parlament

24 Fevral 2011, 16:55

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Xocalı faciəsinin ildönümü ilə əlaqədar tədbirlər keçirilir. “Xocalıya ədalət” kampaniyası çərçivəsində mərasimlərdə iştirak etmək üçün Milli Məclisin sosial siyasət komitəsinin üzvü  Elmira Axundova Rusiyanın paytaxtında səfər edib.

Milli Məclisin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, səfər çərçivəsində deputat E.Axundova erməni tarixçisi və yazıçısı Robert Arakelovun ermənilərin əsl simasını açan, onların riyakarlığı ilə bağlı həqiqətləri üzə çıxaran “Erməni ziyalısının etirafı” adlı kitabının təqdimat mərasimində iştirak edəcək, bununla bağlı fikirlərini toplantıda səsləndirəcək.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək