Modern.az

Türkiyə vətəndaşı Bakıda ölü tapıldı

Türkiyə vətəndaşı Bakıda ölü tapıldı

Aktual

16 Noyabr 2016, 00:56

Bu gün axşam saatlarında Bakının Nərimanov rayonunda kişi meyiti aşkar edilib. Modern.az saytı  xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb. Bağlı qapı arxasında 1960-cı təvəllüdlü Ali Devrimin cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir