Modern.az

Xəzərdə yüzlərlə suiti ölüb

Xəzərdə yüzlərlə suiti ölüb

Aktual

16 Noyabr 2016, 22:47

Xəzər dənizində uzunsürən qasırğalar nəticəsində yüzlərlə suiti ölüb. Modern.az saytı xəbər verir ki, "İnterfax"ın məlumatına görə, bu barədə Rusiya Balıqçılıq üzrə Federal Agentliyinin Qərbi-Xəzər Ərazi İdarəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, ilkin rəyə görə, Xəzər dənizinin Dağıstan sahilləri boyunca aşkar olunan 300-dən çox suiti, uzunsürət qasırğalar nəticəsində ölüb.

Mütəxəssislər müəyyən ediblər ki, bunlar, əsasən yaşlı suitilər olublar və qasırğalar onların təbii ölümünü sürətləndirib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok