Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyası Gənclər Komitəsinin fəalı İslam Sahiboğlu inzibati qaydada 30 sutka həbs edilib. Modern.az saytı xəbər verir ki, bu barədə AXCP sədrinin müavini Gözəl Bayramlı “Turan”a məlumat verib. Məlumata görə, I.Sahiboğlu bu gün səhər saatlarında saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsinə aparılıb.
“Axşam saatlarında İslam Şahinoğlu zəng edərək deyib ki, Yasamal Rayon Məhkəməsi polisə müqavimət ittihamı ilə onun 30 sutka inzibati həbsi barədə qərar qəbul edib”, - G.Bayramlı bildirib.
Modern.az