“Dağlıq Qarabağ müharibəsi başlayandan mütəmadi olaraq erməni dilini öyrənirəm. Artıq erməni dilində xəbərləri, məlumatları sərbəst oxuya və anlaya bilirəm”.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib.
Deputat özünün erməni dilini öyrənməyinin haradan qaynaqlandığını da açıqlayıb:
“Onların ümumi düşüncələri ilə müəyyən qədər tanış olmaq üçün buna bir ehtiyac hiss etdim”.
A.Mollazadə deyib ki, indi beynəlxalq tədbirlərdə ermənilərin öz aralarında n’ danışdıqlarını da başa düşür:
“Beynəlxalq tədbirlərdə ingilis dilində danışsaq da, ermənilərin öz aralarında öz dillərində nələrdən danışdıqlarını anlayıram”.
Asim Mollazadə qeyd edib ki, erməni dilini öyrənmək və bilmək çox vacibdir:
“Biz Ermənistanda ictimai-siyasi prosesləri yaxından izləməli və durumun hansı formada olmasını hər zaman bilməliyik. Ən azı bu ölkənin mediasını kontent analizdən keçirməyi bacarmalıyıq”.
Ağa AKİFOĞLU