Modern.az

Quyuya düşən şəxs qurtarılıb

Quyuya düşən şəxs qurtarılıb

Aktual

15 Yanvar 2017, 18:04

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonunda 1 nəfərin quyuya düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Modern.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq vətəndaşı quyudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

 

Əməliyyat saat 14:40-da başa çatıb. 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok