ABŞ-dan və Böyük Britaniyadan olan turistlər qəzaya düşüb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, hadisə Yeni Zelandiyanın Tonqariro milli parkında qeydə alınıb. Turistləri daşıyan avtobus 10 metr hündürlükdən çaya düşüb. Hadisə nəticəsində 15 nəfər xəsarət alıb. Daha ağır xəsarət alan 4 nəfər helikopter vasitəsi ilə xəstəxanaya çatdırılıb. Hazırda qəzanın səbəbləri araşdırılır.
Modern.az