Modern.az

Türkiyə təyyarəsinin 2-ci qara qutusu tapılıb

Türkiyə təyyarəsinin 2-ci qara qutusu tapılıb

18 Yanvar 2017, 00:06

Qırğızıstanın paytaxtı Bişkek yaxınlığında qəzaya uğrayan Türkiyə təyyarəsinin 2-ci qara qutusu tapılıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bu barədə Qırğızıstan hökumətinin İctimaiyyətlə Əlaqələr şöbəsi məlumat yayıb.

 

Bundan əlavə, Dövlətlərarası Aviasiya Qurumunun nümayəndələrinin də qara qutularla bağlı araşdırma aparacaqları ifadə edilib.

 

Qeyd edək ki, Honkonqdan gələn ACT Hava Yollarına məxsus Boinq-747 yük təyyarəsi Bişkekin Manas hava limanına eniş edən zaman yaşayış sahəsinin üzərində qəzaya uğrayıb. Nəticədə 37 nəfər həlak olub.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!